Fitlife.az haqqında

Fit Life - Herbalife rəsmi distribütoru

Fit life Herbalife Nutrition məhsullarının tanıdılması və satışı məqsədilə yaradılmış ixtisaslaşmış onlayn platformadır. Saytın əsas məqsədi istifadəçilərə orijinal, sertifikatlaşdırılmış və rəsmi mənbədən əldə olunan Herbalife məhsullarını təhlükəsiz şəkildə təqdim etməkdir.

Fit life platforması Herbalife Nutrition şirkəti ilə rəsmi əməkdaşlıq edən müstəqil Herbalife distribütoru tərəfindən idarə olunur. Saytda təqdim olunan bütün məhsullar birbaşa Herbalife-in rəsmi tədarük zənciri vasitəsilə əldə edilir və saxta məhsullarla heç bir əlaqəsi yoxdur.

Rəsmi status və şəffaflıq

Fit life üzərindən həyata keçirilən fəaliyyət tam şəkildə şəffafdır və rəsmi qaydalara əsaslanır. Aşağıda saytın idarəedicisi və Herbalife ilə əməkdaşlıq məlumatları açıq şəkildə təqdim olunur:

Herbalife Nutrition müstəqil distribütoru

  • Ad, Soyad: Heydər Misgərli

  • Herbalife Distributor ID: AZ24350380

  • VÖEN: 2004002242

  • Fəaliyyət forması: Fərdi sahibkarlıq

  • Platforma: Fitlife.az

Bu məlumatlar istifadəçilərin məhsulun mənşəyinə, keyfiyyətinə və satıcının rəsmi statusuna əmin olması üçün açıq şəkildə paylaşılır.

Niyə Fit life?

Herbalife məhsulları dünyada onilliklərdir istifadə olunan və qlobal keyfiyyət standartlarına uyğun istehsal edilən qidalanma məhsullarıdır. Fit life bu məhsulları:

  • yalnız orijinal formada,

  • rəsmi distribütor xətti ilə,

  • istifadəçi təhlükəsizliyini və etibarını əsas götürərək təqdim edir və

  • Hər bir məhsul ilə bağlı ətraflı məlumat, istifadə təlimatı və proqram ilə təmin edir

Sayt üzərindən satılan heç bir məhsul üçün üçüncü tərəf, qeyri-rəsmi və ya naməlum mənbə istifadə edilmir.

Məqsədimiz

Fit life layihəsinin məqsədi yalnız məhsul satışı deyil. Biz insanların:

  • sağlam qidalanma haqqında düzgün məlumat almasına,

  • Herbalife məhsullarını doğru şəkildə istifadə etməsinə,

  • saxta və mənşəyi bilinməyən məhsullardan uzaq durmasına

kömək etməyi hədəfləyirik.

Eyni zamanda Fit life Herbalife biznes modeli ilə maraqlanan, rəsmi və şəffaf şəkildə bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər üçün də məlumatlandırıcı və yönləndirici platforma rolunu oynayır.

İş Fürsəti WhatsApp
Scroll to Top